Dünya

Gürcü politoloq: “ABŞ-nin 907-ci düzəlişi ədalətsiz qərardır”

Sharing is caring!


“ABŞ Konqresinin yuxarı palatasının Azərbaycanla bağlı 907-ci maddəyə düzəlişi qüvvədə saxlaması ədalətsizlikdir. ABŞ və Avropa İttifaqı sülh istəyirlərsə, regionun heç bir ölkəsinə, xüsusən də Ermənistana silah verilməməlidir”.

Bunu “Report”un Gürcüstan bürosuna açıqlamasında gürcü politoloq Tengiz Txilava deyib.

Onun sözlərinə görə, hazırda regionda sülhə bu qədər yaxın bir vaxtda 907-ci düzəlişin ləğv olunmaması, bəzi region ölkələrinə silahın verilməsi təəssüf və narahatlıq doğurur:

“Silah satışı ilə bağlı embarqo Ermənistana da şamil edilməlidir. Bu halda verilən qərar ədalətli olardı”.

Politoloq qeyd edib ki, Azərbaycanda ABŞ silahı olmasa da, heç bir şey dəyişməyəcək:

“Silahın haradan alınması üçün bir mənbə tapılacaq. Amma bu cür addımlar heç də xoş deyil və ədalətsizdir. Azərbaycan başqa ölkənin ərazisinə göz tikmir, öz ərazi bütövlüyünü bərpa edib. Azərbaycan Prezidenti İlham Əliyev də dəfələrlə bəyan edib ki, heç bir ölkənin ərazisində gözü yoxdur”.

O söyləyib ki, Azərbaycanın Qazax rayonunun bəzi kəndləri hələ də Ermənistanın işğalı altındadır:

“Bu yaxınlarda Qazaxda oldum və həmin kəndləri uzaqdan gördüm. Düşünürəm ki, Azərbaycanın səbrini yenə də sınamaq lazım deyil. Qarabağda olanlar burada da ola bilər. Ermənistan sülh istəyirsə, onda müqaviləni imzalayıb, həmin kəndləri də geri qaytarmalıdır”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir