Dünya

Məhkəmə Trampın Kapitoliyə hücumda əli olduğunu təsdiq etdi

Sharing is caring!


ABŞ-nin Kolorado ştatının məhkəməsi keçmiş prezident Donald Trampın 2021-ci ilin yanvarında Kapitoliyə hücumda əli olduğunu təsdiq edib. Bununla belə, məhkəmə Trampın 2024-cü il prezident seçkilərində iştirakını davam etdirə biləcəyi barədə qərar verib.

Məlumata görə, Donald Trampın seçki kampaniyasının sözçüsü Stiven Çunq Kolorado məhkəməsinin qərarı ilə qətiyyən razı olmadığını bildirib. O, eks-prezidentin Kapitoliyə hücumda iştirakını inkar edib və hazırda ABŞ Demokrat Partiyasının nümayəndələrinin qarşıdan gələn seçkilərə müdaxilə etmək üçün həyasız cəhdlər həyata keçirdiklərini bildirib.

Qeyd edək ki, bu ilin avqustunda Donald Trampa qarşı 2021-ci il yanvarın 6-da Kapitoliyə hücumla bağlı federal ittihamlar irəli sürülüb. O, dörd maddə üzrə ittiham edilib, onlardan ikisi beş ilə qədər, digər ikisi isə 20 ilə qədər həbs cəzası nəzərdə tutur. Keçmiş prezident özünü təqsirli bilməyib.

Mənbə: kommersant.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir