Dünya

Gürcü politoloq: “Prezident İlham Əliyev hər kəsə sübut etdi ki, ərazi bütövlüyü necə bərpa olunur”

Sharing is caring!


“Azərbaycan Prezidenti İlham Əliyev hər kəsə sübut etdi ki, ərazi bütövlüyü necə bərpa olunur və sülh necə yaradılır”.

Bu fikri “Report”un yerli bürosuna açıqlamasında gürcü politoloq Levan Mamaladze bildirib.

O, qeyd edib ki, Gürcüstan ən sadiq dostu və strateji tərəfdaşı olan Azərbaycan əleyhinə heç vaxt səhv addım atmaz. Gürcüstanın müdafiə nazirinin Ermənistana səfəri də regionda sülhə hesablanmış addımdır:

“Hələ ötən il Gürcüstanın Baş naziri İrakli Qaribaşvili regionda sülh çağırışını etdi. Ermənistanın da sülh müqaviləsinə imza atmaq istəyinin olduğu vaxtda Gürcüstan müdafiə nazirinin ora səfərini bu kontekstdə qiymətləndirmək lazımdır. Çünki, Gürcüstan Qafqazda möhkəm sülhün yaradılması təşəbbüsü ilə çıxış edir. Bu prosesə nümunə isə təbii ki, Azərbaycan Prezidenti İlham Əliyev oldu. O, hər kəsə sübut etdi ki, ərazi bütövlüyü necə bərpa olunur və sülh necə yaradılır.

Düşünürəm ki, Ermənistanın baş naziri Nikol Paşinyan sülh müqaviləsinə qol çəkəndən sonra Qafqazda daimi sülh və inkişaf olacaq. Bundan sonra isə heç bir kənar ölkə regionda münaqişə yarada bilməyəcək”.

Politoloq bildirib ki, Ermənistan indiki zamanda demək olar, Rusiya ilə əməkdaşlığı dayandırıb:

“Xüsusilə hərbi sahədə olan əlaqələr tamamilə pozulub. Çünki, Ermənistan NATO-ya inteqrasiya etmək arzusunu dilə gətirib. Bununla bağlı isə Qərb ölkələrində bir sıra görüşlər də keçirilib. Elə sonuncu dəfə İspaniyada Gürcüstan və Ermənistan baş nazirlərinin də iştirak etdiyi görüşlər zamanı Ermənistanın NATO sisteminə keçidi məsələsi qeyd olunmuşdu”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir