Dünya

Dağıstanda partlayış: Güləş üzrə keçmiş Azərbaycan çempionu yaralandı

Sharing is caring!


Dağıstanda baş verən partlayış nəticəsində Buynaksk administrasiyası rəhbərinin müavininin qolunun bir hissəsi yerindən qopub.

Məlumata görə, 30 yaşlı Qəmzət Osmanov qumbaranın partlaması nəticəsində yaralanıb. Həmin vaxt o, Buynaksk şəhərinin Çkalova küçəsindəki 27 saylı evin binalarından birində olub.

Bildirilir ki, partlayış təsadüfi olub və Qəmzətin sol əli qopub. O, Buynaksk xəstəxanasına aparılıb.

Xatırladaq ki, Qəmzət Osmanov 2013-cü ildə sərbəst güləş üzrə Azərbaycan çempionu olub. Hazırda Buynaksk administrasiyası rəhbərinin müavini vəzifəsində çalışır.

Mənbə: Baza

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir