Dünya

Polşa Seyminə sədr seçildi

Sharing is caring!


Şimon Holovnya Polşa Seyminin (parlamentin aşağı palatası) marşalı (spikeri) seçildi.

Verilən məlumata görə, 460 deputatdan 265-i Holovnyanın namizədliyini dəstəkləyib. Seymin yeni marşalı “Üçüncü Yol” hərəkatına daxil olan “Polşa 2050” partiyasının lideridir.

Polşa Prezidenti Andjey Duda Baş nazir Mateuş Moravetskiyə Konstitusiyanın 14 gün vaxt verdiyi yeni Nazirlər Kabinetini formalaşdırmaq səlahiyyətlərini təqdim edəcək.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir