Dünya

Salahın dublu “Liverpul”a qələbə qazandırdı

Sharing is caring!


İngiltərə çempionatının 12-ci turunda “Liverpul” öz meydanmasında “Brentford” üzərində böyükhesablı qələbə qazanıb.

Görüş 3:0 hesabı ilə başa çatıb. “Qırmızılar”ın heyətində Məhəmməd Salah iki qola (39, 62), Dioqu Jota isə bir qola (74) imza atıb.

“Liverpul” 27 xalla turnir cədvəlinin ikinci, “Brentford” 16 xalla 10-cu pilləsində qərarlaşıb.

Günün digər matçlarında “Aston Villa” öz meydançasında “Fulhem”i (3:1), “Brayton” “Şeffild”i (1:1), “Vest Hem” isə “Nottingem Forest”i məğlub edib (3:2).

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir