Dünya

“Titanik”də şam yeməyi menyusu hərraca çıxarılacaq – FOTO

Sharing is caring!


1912-ci il aprelin 11-dən qorunub saxlanılan unikal gəmi menyusu aysberqlə toqquşmadan cəmi üç gün əvvəl sərnişinlərin şam yeməyində nə yediklərini göstərir. Axşam yeməklərinin siyahısına molyusk, qızılbalıq, skvab (göyərçin əti) və desertə “Viktoriya” pudinqi daxildir.

Menyu xilasedici qayıqlardan birində tapılıb, ona görə də mütəxəssisləri hələ də evakuasiya zamanı onu kimin və nə üçün özü ilə apardığı maraqlandırır.

Yeməklərin siyahısı “Henry Aldridge & Son” hərrac evi tərəfindən damalı göyərtə yorğanı da daxil olmaqla digər nadir lotlarla birlikdə satılır. Menyu təxminən 85 min ABŞ dolları (144,5 min manat – red.) dəyərində qiymətləndilir.

“Titanik”də şam yeməyi menyusu hərraca çıxarılacaq.

2018-ci ildə “Titanik” gəmisində ilk yeməyin menyusu 140 min ABŞ dollarına (238 min manat – red.) satılıb. Nahar yeməyinə əsas yemək kimi mal ətindən bulyon və ya toyuq şorbası, qızardılmış toyuq, quzu əti və ya ispanaqlı vetçina, qarnir üçün noxud, gül kələmi və ya qaynadılmış kartof, pudinq, kral armudu, pirojnalar və qəhvə daxil olub.

Suda batmış “Titanik”də son nahar zamanı verilən yeməklərin siyahısı 2015-ci ildə 88 min ABŞ dollarına (149,6 min manat – red.) satılıb. Birinci sinif sərnişinlərə bişmiş kremli qızardılmış quzu əti, qaxac ət, püre, qızardılmış və bişmiş kartof, balıq, vetçina və mal əti qəlyanaltıları, alma bezesi və səkkiz növ pendir təklif edilirdi.

Mənbə: octagon.media

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir