Dünya

Yaponiyada Hatikonun 100 illik yubileyi qeyd olunub – FOTO

Sharing is caring!


Dünyaca məşhur it Hatikonun 100 yaşı tamam olub. Yaponiyada Sibuya stansiyasında və Odate şəhərindəki Akita prefekturasında sakinlər əfsanəvi itin ildönümünü qeyd ediblər.

İtin doğulduğu Odate şəhərində noyabrın 10-dan 11-dək təntənəli tədbirlər keçirilib. Hatikonun heykəlinin yanında itin xatirəsinə və Sibuya bölgəsinə həsr olunmuş pavilyon açılıb.

Hatikonun hekayəsi bütün dünyada məşhurdur. Onun sahibi Hidesaburo Ueno bir gün işdən qayıtmayıb – qəfil ölüb. İt bunu bilməyib və dəmiryol vağzalında sahibini gözləməyə davam edib.

1932-ci ildə onun haqqında qəzetdə məqalə dərc olunub. Bir neçə il sonra onun şərəfinə “Sadiq it Hatiko” adlı abidə ucaldılıb. Heyvan açılış mərasimində iştirak edib. 1935-ci ildə Hatiko Şibuya stansiyası yaxınlığında ölüb.

Mənbə: mir24.tv

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir