Dünya

Məşhur “Vəhşi mələk” rusiyalı pravoslav fəalları qəzəbləndirdi: Vətəndaşlıqdan çıxarıla bilər – FOTO/VİDEO

Sharing is caring!


Məşhur uruqvaylı aktrisa, müğənni və dizayner, tanınmış “Vəhşi mələk” serialının ulduzu Nataliya Oreyronun Rusiya vətəndaşlığından məhrum edilməsi tələb olunub.

Rusiyanın Novosibirsk vilayətindən olan pravoslav fəallar belə bir tələblə Baş Prokurorluğa və Daxili İşlər Nazirliyinə müraciət ediblər.

“Vəhşi mələk” serialının ulduzunun Argentinada gey-paradda davranışı pravoslav fəalları qəzəbləndirib. Belə ki, Nataliya Oreyro paradda sinəsi açıq şəkildə səhnəyə çıxıb.

Oreyroya qarşı şikayət məktubu “Radatel” Sibir hüquq müdafiəçiləri qrupunun üzvləri tərəfindən yazılıb. Qrup üzvləri yarıçılpaq Nataşanın sərgüzəştlərini yaxından izləyiblər. Hətta müraciət müəlliflərindən biri olan İvan Kvasniski bildirib ki, müğənninin çıxışının mövzusunu başa düşmək üçün altı saat vaxt sərf edib.

Buenos-Ayresdəki şoudan sonra o, müğənninin bütün davranışlarını, sosial şəbəkələrdə göy qurşağı ilə bağlı paylaşımlarını, cinsi azlıqlarla əlaqədar şərhlərini, hətta 2016-cı ildə Moskvada verdiyi konsertdə LGBT bayrağını qaldırmasını xatırladıb.

İctimai fəalların fikrincə, “Latın Amerikasının əsas gey simvolu”na Rusiya Federasiyasında yer yoxdur.

Qeyd edək ki, uruqvaylı aktrisa və müğənni Natalya Oreyro 2021-ci ildə Rusiya pasportu alıb və bu ölkədə hər kəsi çox sevdiyini bəyan edib.

Əgər fəallar Oreyronun vətəndaşlıqdan məhrum edilməsinə nail ola bilməsələr, o zaman aktrisanın ən azı “Qeyri-ənənəvi cinsi münasibətlərin təbliği” maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsində israr edəcəklər.

Mənbə: “SHOT” “Telegram”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir