Dünya

Pikassonun əsəri hərracda 139 milyon dollara satılıb

Sharing is caring!


İspaniyalı rəssam Pablo Pikassonun “Saatlı qadın” tablosu “Sotheby’s” hərracında 139 milyon dollara satılıb.

Bu, ispan rəssamın ikinci ən bahalı rəsm əsəridir. Qeyd edilir ki, “Saatlı qadın” ilkin olaraq 120 milyon dollar dəyərində qiymətləndirilib.

Qeyd edək ki, rəsm Pikasso tərəfindən 1932-ci ildə 130×97 ölçüdə kətan üzərində çəkilib. Bu, rəssamın sevgilisi olaraq onu yeni əsərlər yaratmağa ruhlandıran fransız model Mari Terez Valterin təsviridir.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir