Dünya

İsrailli nazir Qəzzaya atom bombası atmağı təklif edib

Sharing is caring!


İsrailin irs naziri Amihay İliyahu geniş rezonans doğuran qalmaqallı açıqlamalar verib.

Qəzza zolağında mülki əhalinin olmadığını deyən nazir nüvə silahından istifadəni problemin həlli yollarından biri adlandırıb.

Onun sözlərinə görə, Qəzza əhalisini qorxutmaq və çəkindirici potensialı bərpa etmək lazımdır:

“Bunun üçün onları nəyin qorxutduğunu anlamaq lazımdır. Onlar ölümdən qorxmurlar”, – deyə nazir bəyan edib.

Eliyahu ərəblərin Qəzzadan qovulmasına və ərazinin ilhaqına çağırıb. O, qaçırılan israillilərlə bağlı məsələyə də toxunub:

“Müharibənin əvəzini ödəmək lazımdır. Nə üçün qaçırılanların həyatı əsgərlərin həyatından daha qiymətlidir?”, – deyə o sual edib.

Baş nazir Benyamin Netanyahu nazirin sözlərini şərh edib və onu Nazirlər Kabinetinin iclaslarından kənarlaşdırıb.

“İlyahunun açıqlamaları reallıqdan uzaqdır. İsrail və İsrail ordusu günahsız insanların ölümünün qarşısını almaq üçün beynəlxalq hüquqa hörmət edərək ən yüksək əxlaqi standartlara uyğun hərəkət edir. Qələbəyə qədər bunu davam etdirəcəyik”, – o qeyd edib.

Mənbə: newsru.co.il

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir