Dünya

Litvanın XİN rəhbəri: “Uşaqlarımız bizi söyəcəklər”

Sharing is caring!


Litvanın Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Qabrielius Landsberqis Rusiya və Ukrayna arasında sülh sazişinin əleyhinə çıxış edib.

Özünün “X” sosial şəbəkə hesabında paylaşım edən Litvanın XİN rəhbəri qeyd edib ki, Rusiya ilə imzalanacaq mümkün sülh müqaviləsi Kremlin vaxt udması və yenidən silahlanması ilə nəticələnəcək.

“Biz Kremlin əsrlər boyu imperiya təcavüzünə son qoymaq və bir neçə qitənin gələcəyini təmin etmək fürsətini əldən verməyə çox yaxınıq. Uşaqlarımız onlar üçün qazdığımız səngərlərdə bizi söyəcəklər” – Qabrielius Landsberqis qeyd edib.

Qeyd edək  ki, dünyanın bir sıra aparıcı kütləvi informasiya vasitələri ABŞ və Avropa İttifaqı nümayəndələrinin Ukraynadakı müharibəni dayandırmaq üçün Rusiya Federasiyası ilə mümkün sülh danışıqlarını müzakirə etməyə hazırlaşıdığını yazıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir