Dünya

Rusiyalı hərbçilər Alla Puqaçova ilə bağlı videomüraciət yayımladılar – VİDEO

Sharing is caring!


Rusiyalı hərbçilər tanınmış müğənni Alla Puqaçovanın rus xalqını təhqir etdiyinə görə məsuliyyətə cəlb olunmasını tələb ediblər.

Bu barədə hərbçilərin cəbhə xəttindən yaydığı videomüraciətdə bildirilib.

Videoda Donetsk istiqamətində döyüşən “Soyuz” könüllü dəstəsinin döyüşçüləri “Xalqın çağırışı” ictimai fəallarını dəstəkləyiblər və onların Primadonnanın cəzalandırılması fikri ilə razı olduqlarını dilə gətiriblər.

Qeyd edək ki, “Xalqın çağırışı” ictimai fəalları rusiyalıları təhqir etdiyinə və onları “təhkimçilər və qullar” adlandırdığına görə Alla Puqaçovanın cəzalandırılmasına dair çağırış ediblər.

Xatırladaq ki, Alla Puqaçova noyabrın 2-də Rusiyaya qayıdıb. Onun vəsiyyətnamə tərtib etmək və əri Maksim Qalkinin xarici agent statusunu ləğv etmək üçün ölkəsinə qayıtdığı bildirilir.

Mənbə: “SHOT” “Telegram”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir