Dünya

İranda avtobus aşıb: Ölən və yaralananlar var – FOTO

Sharing is caring!


“Dünən Güney Azərbaycanın Qəzvin əyalətində avtobus aşıb. Ölən və yaralananlar var”.

Bunu əyalətin Yol Polisi İdarəsinin rəisi Fərhad Zakeriməneş deyib.

Bu barədə “Azad İran” “Telegram” kanalı “Tasnim News” xəbər agentliyinə istinadən məlumat yayıb.

“Qəzvin-Rəşt magistralında avtobusun aşması nəticəsində 5 nəfər ölüb, 22 nəfər yaralanıb. 110 polis qaynar xəttinə sərnişin avtobusunun aşması ilə bağlı məlumat daxil olduqdan dərhal sonra hadisə yerinə təhlükəsizlik və polis qüvvələri göndərilib”, – deyə o bildirib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir