Dünya

BMT missiyasının zirehli maşını Malidə minaya düşüb

Sharing is caring!


BMT missiyasının zirehli maşını minaya düşüb, səkkiz sülhməramlı yaralanıb.

Bu barədə BMT-nin Malidəki Çoxölçülü İnteqrasiya Sabitləşdirmə Missiyası məlumat yayıb.

“Bizim karvandakı zirehli avtomobil Qaoya (Mərkəzi Malinin şimal-şərqində yerləşən şəhər – red.) gedərkən əldəqayırma partlayıcı qurğu ilə partladılıb. Səkkiz sülhməramlı yaralanıb və onlar Qaoya təxliyə ediliblər”, – deyə məlumatda bildirilir.

Qeyd edək ki, bu, oktyabrın 31-də yola salındıqdan sonra karvana əldəqayırma partlayıcı vasitə ilə üçüncü hücumdur.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir