Dünya

ABŞ qitələrarası ballistik raketini özü məhv etdi – VİDEO

Sharing is caring!


ABŞ hərbçiləri “Minuteman III” qitələrarası ballistik raketini (ICBM) Kaliforniyadakı Vandenberq Kosmik Qüvvələri bazasından sınaq buraxılışı zamanı aşkar edilən anomaliyaya görə məhv edib.

Bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) Qlobal Zərbə Komandanlığının bəyanatında deyilir.

“Minuteman III” “noyabrın 1-də saat 00:06-da (Bakı vaxtı ilə 12:06) sınağın buraxılışı zamanı aşkar edilmiş anomaliyaya görə Sakit okean üzərində təhlükəsiz şəkildə məhv edilib”, – deyə sənəddə qeyd olunur.

Komandanlıq buraxılış zamanı hansı anomaliyanın aşkar edildiyini dəqiq izah etməyib, bunu müəyyən etmək üçün hərtərəfli təhlil aparılacaq.

“Buraxılışın uğursuz olmasının səbəblərini araşdırmaq üçün analitik qrup yaradılır”, – deyə məlumatda bildirilir.

ABŞ HHQ, ICBM-də anomaliyanın baş verməsinə və onun sonradan məhv edilməsinə baxmayaraq, sınaq buraxılışı zamanı vacib məlumatların əldə edildiyini vurğulayıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir