Dünya

KİV: HƏMAS yaraqlıları 100 qadın və uşaqdan canlı sipər kimi istifadə ediblər

Sharing is caring!


Fələstinin radikal HƏMAS hərəkatı Cəbəliyə bölgəsindəki bazası üçün İsrail Müdafiə Ordusu (SAXAL) ilə döyüşlər zamanı 100-ə yaxın qadın və uşaqdan canlı sipər kimi istifadə edib.

Verilən məlumata görə, İsrailin “Givati” ​​piyada briqadasının əsgərləri Qəzza zolağında Cəbəliyə yaxınlığında HƏMAS-ın 17-ci elit briqadasının bazası uğrunda döyüş zamanı ağlasığmaz vəziyyətin şahidi olublar.

SAXAL nümayəndəsinin sözlərinə görə, 100-ə yaxın qadın və uşaq silahlılar tərəfindən canlı qalxan rolunu oynamağa məcbur ediliblər.

“Biz mülki şəxslərdən bu cür etinasız və qəddar istifadə halları ilə üzləşəcəyimizə hazırıq”, – deyə İsrail hərbiçisi bildirib.

Qeyd edək ki, daha əvvəl İsrail Müdafiə Ordusunun rəsmi nümayəndəsi Daniel Haqari də HƏMAS-ın mülki əhalidən canlı qalxan kimi istifadə etdiyini bildirib və bir daha Qəzza zolağının əhalisini öz təhlükəsizlikləri üçün döyüş bölgəsindən çıxmağa çağırıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir