Dünya

HƏMAS ərəb ölkələri tərəfindən dəstəyin az olmasından gileylənir

Sharing is caring!


Fələstinin radikal HƏMAS hərəkatı ərəb ölkələrindən və ideoloji cəhətdən maraqlı olan tərəflərdən dəstəyin az olmasından məyusdur.

Bunu HƏMAS-ın Siyasi Bürosunun üzvü Musa Əbu Mərzuk deyib.

“Biz Hizbullaha və İordan çayının qərb sahilindəki həmkarlarımıza böyük ümidlər bəsləyirdik, lakin Fələstin administrasiyasındakı həmkarlarımızın məyusedici mövqeyi bizi narahat edir”, – deyə o bildirib.

Əbu Mərzuk, həmçinin qeyd edib ki, Fələstin administrasiyasının üzvləri və bəzi ərəb ölkələrinin nümayəndələri gizli şəkildə Qərbi HƏMAS-ı məhv etməyə çağırırlar.

Mənbə: Al Jazeera

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir