Dünya

İranda III Xəzər İqtisadi Sammiti keçiriləcək

Sharing is caring!


İran noyabrın ortalarında Xəzəryanı ölkələrin əsas toplantısına ev sahibliyi edəcək.

Bununla əlaqədar bazar günü İranın paytaxtı Tehranda Xarici İqtisadi Əlaqələrin Koordinasiyası Qərargahının iclası keçirilib.

İclasda İran Xarici İşlər Nazirinin iqtisadi diplomatiya məsələləri üzrə müavini Mehdi Səfərinin sədrliyi ilə Xarici İqtisadi Əlaqələrin Koordinasiyası Qərargahının üzvləri, o cümlədən müvafiq qurumların rəhbərləri iştirak ediblər.

Görüş zamanı iştirakçılar Tacikistanla iqtisadi-ticarət əlaqələri və xüsusilə Fars körfəzi ölkələrindən xarici investisiyaların cəlb edilməsi strategiyalarını araşdırıb, bəzi ölkələrlə birgə iqtisadi komissiyaların rəhbərlərini təyin ediblər.

İran xarici işlər nazirinin Xəzər dənizi məsələləri üzrə müavini Əlirza Cahangiri noyabrın ortalarında İranda keçiriləcək III Xəzər İqtisadi Forumunun nəqliyyat, müştərək müəssisələr, neft-qaz, maliyyə, bankçılıq, o cümlədən texniki əməkdaşlıq sahələrini əhatə edəcəyini vurğulayaraq, iqtisadi sektorlardakı bütün fəal qurumları diqqətli olmağa çağırıb. O, məqsədyönlü planlaşdırma və fəal iştirakla bağlı mümkün olan ən yaxşı nəticəyə nail olmağın zəruriliyini dilə gətirib. Hər kəsi bununla əlaqəli toplantılarda iştirak etməyə səsləyib.

Mənbə: IRNA

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir