Dünya

İsrail ordusu “kiçik Qəzza”da necə təlim keçir? – VİDEO

Sharing is caring!


“The Wall Street Journal” İsrail ordusunun təlimlərindən reportaj hazırlayıb.

Videomaterialda bildirilir ki, İsrail qüvvələri öz tunel şəbəkəsi olan simulyativ Fələstin yaşayış məskənində təlim keçir. Rəsmi olaraq bu ərazi Şəhər Təlim Mərkəzi adlanır, lakin hərbçilər onu “Kiçik Qəzza” kimi tanıyırlar.

Reportajda qeyd olunur ki, təlim mərkəzi əslində səhranın ortasındakı kiçik süni şəhərcikdir. Burada məscidlər və minarələr, saxta məktəb və xəstəxana var.

Vurğulanır ki, tezliklə buradakı hərbçilərin çoxu Qəzza zolağında döyüşəcəklər. Onlar şəhər döyüşləri zamanı işlərin daha təhlükəli və çətin olacağından narahatdırlar.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir