Dünya

Britni Spirs yadplanetliləri gördüyünü iddia edir

Sharing is caring!


Müğənni Britni Spirs “The Woman in Me” adlı yeni memuarında yadplanetlilərlə görüşdüyünü iddia edib.

Spirs Castin Timberleykdən ayrıldıqdan sonra rəfiqəsi ilə Arizona səhrasında səyahət edərkən fövqəltəbii hadisə yaşadığını etiraf edib. 41 yaşlı ulduz bildirib ki, münasibətinin bitməsi səbəbindən özünü lənətlənmiş kimi hiss edirmiş. Rəfiqəsi isə Timberleykin ən yaxın dostundan yenicə ayrılıbmış. Odur ki, onlar bir yerdə səyahətə çıxıblar.

Spirsin dediyinə görə, onlar ulduzlu səma altında küləkli havada üstü açıq avtomobillə hərəkət edərkən kiminsə varlığını hiss ediblər.

“Məni qəribə bir hiss bürüdü. Bu, mütləq gözəllik idi, qeyri-təbii, insanı tərk-silah edən bir şey idi”, – deyə Britni yazıb. O, əlavə edib ki, dostundan yadplanetlilərə inanıb-inanmadığını soruşmağa utanıb. Rəfiqələr uzun müddət susublar.

“Həmin anda biz başa düşdük ki, gördüklərimizdən daha çox şeylər var”, – deyə o yekunlaşdırıb.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir