Dünya

Meksikada qasırğa nəticəsində 27 nəfər ölüb – VİDEO

Sharing is caring!


Saffir-Simpson şkalası üzrə beşinci kateqoriyaya qədər güclənən Sakit Okean qasırğasının Meksika ərazisindən keçməsi nəticəsində azı 27 nəfər həlak olub.

Bu barədə cümə axşamı ölkənin İctimai Təhlükəsizlik və Vətəndaşların Müdafiəsi naziri Roza İzela Rodriqes bildirib.

O, həmçinin dörd nəfərin itkin düşdüyünü deyib.

Xatırladaq ki, “Otis” qasırğası çərşənbə günü gecə Akapulko şəhəri yaxınlığında ciddi fəsadlar törədib. Qeyd olunur ki, qasırğa daxilində küləyin maksimal sürəti 75 m/s-ə çatıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir