Dünya

İsrailin Rusiyadakı səfiri: “Qəzza zolağında quru əməliyyatı gözlənilmədən başlayacaq”

Sharing is caring!


İsrailin Qəzza zolağında quru əməliyyatı gözlənilmədən, əvvəlcədən elan edilmədən başlayacaq.

Bu barədə İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Svi bildirib.

Qəzza zolağında quru əməliyyatının başlanmasının mümkün vaxtını şərh edən İsrail diplomatik missiyasının rəhbəri qeyd edib ki, əgər bu cür əməliyyatlar başlayırsa, onlar hər hansı üstünlük qazanmaq üçün gözlənilmədən başlayır.

Qəzza zolağında quru əməliyyatının da, həmçinin gözlənilmədən başlayacağını gözləmək lazımdırmı sualına Ben Svi təsdiqləyici cavab verib.

“Əlbəttə, əgər bu əməliyyat gözlənilən olacaqsa, başa düşdüyünüz kimi, bu zaman heç bir üstünlük qazanmaq mümkün deyil. Filan gündə saat 12:18-də başlayacağıq demək olmaz ki”, – deyə bildirib.

Səfir növbəti həftə və ya iki həftəyə müvafiq əməliyyatın başlanması ehtimalı ilə bağlı fərziyyələrə də münasibət bildirib.

“Ehtimalın olub-olmamasından asılı olmayaraq, bizdə buna dair dəqiq məlumat yoxdur, çünki bu, hökumət səviyyəsində, ordu rəhbərliyi səviyyəsində qəbul edilən bir qərardır. Yəni burada bir neçə amil nəzərə alınmalıdır”, – deyə diplomat vurğulayıb.

Ben Svi ilk növbədə ordu buna hazır olmalı olduğunu qeyd edib. Bundan əlavə, səfirin fikrincə, daxili və xarici amillərlə bağlı bir növ hökumət qərarı da olmalıdır.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir