Dünya

İranda sevdiyi qızı öldürən gənc edam edildi – FOTO

Sharing is caring!


Tehranda sevdiyi qızı xəyanət üstündə öldürən gənc dünən dar ağacından asılıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Məlumata görə, edam olunan şəxs sevgilisinin onu varlı biri ilə aldatdığını öyrəndikdən sonra həmin imkanlı şəxsin evində bıçaqlayaraq öldürüb.

Cinayətə şahid olan varlı şəxsin sözlərinə görə, qətlə yetirilən Gülnaz adlı qadın onunla da sevgili olub və oğlan ona avtomobil də alıb. Lakin bir ay öncə ona yanlışlıqla Ehsan, yəni digər sevgilisinin adı ilə səslənib. Nəticədə o da Gülnazdan şübhələnib. Qız isə Ehsanın onun köhnə sevgilisi olduğunu deyib.

Edam edilməzdən öncə Ehsan qətl törətdiyini polisə etiraf edib və bildirib ki, Gülnazdan şübhələndiyi üçün onun avtomobilinə izləmə cihazı quraşdırıb və varlı oğlanın evinə getdiyini gördükdən sonra evə daxil olub, onu bıçaqlayaraq öldürüb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir