Dünya

Hərəkətdə olan avtomobildən düşən uşaq iki avtomobil tərəfindən vurulsa da, sağ qalıb

Sharing is caring!


Malayziyada uşaq hərəkətdə olan avtomobildən yıxılıb və onu iki avtomobil vurub. Hadisə nəticəsində oğlan yüngül bədən xəsarətləri alıb.

Məlumata görə, uşaq hərəkətdə olan avtomobilin arxa qapısını açıb və asfalta düşüb. O, yerdə uzanan zaman onu başqa avtomobil vurub, daha sonra uşaq özünü başqa nəqliyyat vasitəsinin təkərləri altında tapıb, sürücüsü isə reaksiya verməyə imkan tapmayıb.

Uşaq aldığı xəsarətlərə baxmayaraq, özbaşına ayağa qalxıb. Hazırda polis hadisəni araşdırır və azyaşlının daşındığı avtomobilin sahiblərini tapmağa çalışır.

“Biz həm sürücünün, həm də uşağın şəxsiyyətlərini müəyyənləşdirməyə çalışırıq. Avtomobilin sürücüsü uşağın təhlükəsizlik kəmərində olmasını təmin etməyib”, – deyə polisin açıqlamasında bildirilir.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir