Dünya

İsveçin baş naziri Ərdoğanın qərarını alqışlayıb – FOTO

Sharing is caring!


İsveçin baş naziri Ulf Kristersson Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana İsveçin NATO-ya qəbulu ilə bağlı protokolu parlamentə təqdim etdiyinə görə minnətdarlığını bildirib.

Bu barədə “X” sosial şəbəkəsində (keçmiş “Twitter”) İsveç baş nazirinin səhifəsində məlumat verilib.

“Prezident Ərdoğanın İsveçin NATO-ya qəbulu ilə bağlı protokolu imzalayıb Türkiyə Böyük Millət Məclisinə təqdim etməsi faktını alqışlayırıq. Parlament prosedurları artıq başlayacaq. NATO-ya üzv olmağı səbirsizliklə gözləyirik”, – sosial şəbəkə səhifəsində yazılıb.

Qeyd edək ki, bundan əvvəl R.T.Ərdoğan İsveçin NATO-ya qəbulu ilə bağlı protokolu parlamentə təqdim edib. Prosedura əsasən, sənəd ilkin olaraq Beynəlxalq Əlaqələr Komissiyasında nəzərdən keçiriləcək və təsdiqləndiyi təqdirdə bütövlükdə parlamentin səsverməsinə çıxarılacaq.

İsveçin NATO-ya qəbulu ilə bağlı protokol indiyədək alyansın 31 ölkəsi tərəfindən ratifikasiya edilib, yalnız Türkiyə və Macarıstan sənədi təsdiq etməyib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir