Dünya

“Bayer” “Qarabağ” azarkeşləri üçün 1200 bilet ayırdı

Sharing is caring!


Avropa Liqasının qrup mərhələsinin III turunda keçiriləcək “Bayer” (Almaniya) – “Qarabağ” matçında Azərbaycan komandasını dəstəkləmək istəyən azarkeşlər üçün 1200 bilet ayrılıb.

Bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Həmin biletlər oyun günü – oktyabrın 26-da yerli vaxtla 18:00-dan etibarən “BayArena” stadionunda SG1 və SG3 sektorlarının qarşısında satılacaq. Biletin qiyməti 15 avrodur.

Qeyd edək ki, oktyabrın 26-da reallaşacaq “Bayer 04” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir