Dünya

Amerika təyyarələri Yunanıstan hərbi aerodromundan Yaxın Şərqdə əməliyyatlar üçün istifadə edəcək

Sharing is caring!


Amerikanın ağır təyyarələri Yunanıstan paytaxtı Afina yaxınlığındakı Elevsin hərbi aerodromundan hərbi əməliyyatlar, o cümlədən vətəndaşların Yaxın Şərqdəki döyüş zonasından mümkün təxliyəsi üçün istifadə edəcək.

Amerikalılar Yunanıstanın hava bazaları ilə bağlı araşdırma aparıblar və ABŞ Hərbi Hava Qüvvələrinin ağır təyyarələri üçün hansı bazaların yanacaqdoldurma və dayanacaq kimi istifadə edilə biləcəyini öyrəniblər. ABŞ-nin müraciəti nəzərdən keçirilib və təsdiqlənib, nəticədə Elevsindəki hərbi aerodromun belə imkanlar verə biləcəyi qərarına gəlinib.

Yunanıstan Hərbi Hava Qüvvələrinin 112-ci Qırıcı Qanadının hava bazasından istifadə üçün icazə istənilməsinin başqa bir səbəbi də var ki, bu, Yaxın Şərqdəki döyüş əməliyyatları bölgəsindən, eləcə də Livan kimi qonşu ölkələrdən vətəndaşların mümkün təxliyəsi ehtiyacıdır.

Elevsindəki aerodrom Amerikanın böyük təyyarələrinin enişi və dayanacağı məqsədilə seçilib, çünki orada sərbəst ərazi və uyğun anqarlar var. Həmçinin Yunanıstanın digər aviabazalarının da cəlb oluna biləcəyi deyilir.

Amerika təyyarələrinin bu aviabazaya gəlişi ötən bazar günü Amerikanın C-21 təyyarəsinin enişi ilə başlayıb və iki saat sonra təyyarə oradan havaya qalxıb. ABŞ Yaxın Şərqdəki böhranla əlaqədar Yunanıstanın Milli Müdafiə Nazirliyinə sorğu göndərib və Krit adasında Suda körfəzi sahillərindəki hərbi bazasından başqa Yunanıstanın daha bir hava bazasından istifadə etmək istəyini bildirib. Çünki həmin bazada artıq çox sayda təyyarə olduğu üçün digər iri təyyarələri qəbul etmək gücündə olmayıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir