Dünya

İranlı rejissoru evində qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Sharing is caring!


İranın hüquq mühafizə orqanları iranlı rejissor, ssenarist və prodüser Daryuş Mehrcui və həyat yoldaşının qətlində şübhəli bilinən şəxsi saxlayıb.

Bu barədə İran mətbuatı xəbər yayıb.

Qeyd olunur ki, saxlanılan şəxs istintaqın sorğu-sual etdikləri şəxslər arasında olub, onun rejissorun qətlində əli olması əməliyyat tədbirləri zamanı müəyyən edilib.

Hazırda şübhəlinin dindirilməsi davam edir.

Hələlik şübhəli şəxsin rejissorun həyat yoldaşı Vahidə Məhəmmədifarın da qətlində əli olub-olmaması barədə məlumat verilmir.

Xatırladaq ki, iranlı rejissor, ssenarist və prodüser Daryuş Mehrcui və həyat yoldaşı Vahidə Məhəmmədifar oktyabrın 16-da Tehrandan təxminən 30 kilometr aralıdakı evlərində ölü tapılıblar.

Hadisə yerinə gələn kriminalistlər Mehrcuinin boynunda iti cismin zərbəsi, həmçinin başında küt əşya ilə vurulmuş zərbənin izlərini aşkar ediblər. Mütəxəssislər Məhəmmədifarın ölümünün boğulma nəticəsində baş verdiyini düşünürlər.

Mənbə: Tasnim

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir