Dünya

İsrail Misirdən Qəzza zolağına humanitar yardımın çatdırılmasına mane olmayacaq

Sharing is caring!


“İsrail Misir ərazisindən Qəzza zolağına mülki əhali üçün humanitar yardımın çatdırılmasına mane olmayacaq”.

Bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun administrasiyasından məlumat verilib.

“Prezident Baydenin tələbi fonunda İsrail Misirdən gələn humanitar yardıma müdaxilə etməyəcək. Söhbət yalnız Qəzza zolağında yerləşən və ya oraya köçən mülki şəxslər üçün qida, su və dərmandan ibarət olacaq yardımlardan gedir. Amma HƏMAS-a istənilən tədarükün qarşısı alınacaq”, – deyə departamentin bəyanatında deyilir.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir