Dünya

Peruda “yadplanetli” arı aşkar edilib – FOTO

Sharing is caring!


Amazonda ovunun bədənində sürfələr qoyan “yadplanetli” arı aşkar edilib. Böyüdükcə sürfələr həmin heyvanı içəridən yeyirlər.

Yuta Universitetinin alimləri Perudakı Alpahuayo Mişana Milli Qoruğunda kəşfiyyat işləri apararkən yeni növ arı aşkar ediblər.

Komanda nəhəng badam formalı başı və naməlum boruyabənzər orqanı olan yetkin bir dişi arı tapıblar. Bu arılar həşəratlardan içərisinə yumurta qoymaq üçün istifadə edirlər. Belə arılar ov kimi müxtəlif heyvanları, o cümlədən tırtılları, hörümçəkləri və böcəkləri seçirlər.

Yeni arının uzunluğu 1,7 santimetrə çatır və başında buynuz kimi görünən bığları var.

Mənbə: mir24.tv

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir