Dünya

İsrail əsgərləri Qəzzada HƏMAS-ın qaçırdıqları insanların cəsədlərini tapıblar

Sharing is caring!


İsrail Müdafiə Ordusunun (SAXAL) hərbçiləri Qəzza zolağında hədəflənmiş əməliyyatlar zamanı HƏMAS hərəkatı tərəfindən daha əvvəl qaçırılan bəzi israillilərin cəsədlərini aşkar ediblər.

Bu barədə “Haaretz” qəzeti öz mənbələrinə istinadla xəbər yayıb.

Bildirilir ki, ordu son 24 saat ərzində Qəzza zolağında bir sıra lokal reydlər həyata keçirib, əməliyyatda piyadalar iştirak ediblər və zirehli texnikalar cəlb olunub. Tədbirdə məqsəd HƏMAS tərəfindən saxlanılan girovlar haqqında məlumat toplamaq olub.

SAXAL sözçüsünün məlumatına görə, hərbçilər terrorçuların infrastrukturunu, həmçinin qarşılaşdıqları silahlı qrupları məhv ediblər.

Qeyd edək ki, İsrail ordusu HƏMAS-ın İsrailin cənubuna hücumuna cavab olaraq bir neçə gündür Qəzzada zərbələr endirir. Bundan əlavə, hərbçilərin Qəzza zolağında genişmiqyaslı quru əməliyyatına hazırlaşdığı güman edilir.

Mənbə: Interfax

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir