Dünya

Macarıstanda terror təşkilatlarına dəstək nümayişlərinə icazə verilməyəcək

Sharing is caring!


Macarıstan hökuməti ölkəsində terror təşkilatlarına, o cümlədən İsrailə hücumu həyata keçirən HƏMAS hərəkatına dəstək məqsədi ilə heç bir nümayişə icazə verməyəcək.

Bunu Macarıstanın Baş naziri Viktor Orban “Kossuth” radiostansiyasının səhər proqramında çıxışı zamanı deyib.

O qeyd edib ki, bütün Avropada Fələstinin radikal qruplarına dəstək üçün keçirilən nümayişlər ciddi narahatlıq doğurur. Onun sözlərinə görə, Macarıstanda da buna cəhdlər olub.

“Lakin biz buna heç bir icazə verməyəcəyik”, – deyə hökumət başçısı xəbərdarlıq edib.

Orban xatırladıb ki, Macarıstanda Avropanın ən böyük yəhudi icmalarından biri yaşayır.

“İnsanlar dövlət tərəfindən qorunmalıdır. Biz Macarıstan vətəndaşlarının özlərini təhlükəsiz hiss etmələrinə icazə verə bilmərik. Bunun qarşısı alınmalıdır”, – deyə baş nazir vurğulayıb.

O, həmçinin qeyd edib ki, Macarıstan istər Əfqanıstanda, istərsə də Qəzza zolağında hər zaman terrora qarşı olub.

“Terror yolverilməzdir”, – deyə Orban qeyd edib.

O əlavə edib ki, “onun hökumətinin indi əsas vəzifəsi kömək istəyən bütün Macarıstan vətəndaşlarının İsraildən təxliyəsini təmin etməkdir”. Bununla belə, Macarıstan diplomatiyası Yaxın Şərqdə münaqişənin deeskalasiyası üzrə ümumi beynəlxalq səylərə qoşulacaq.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir