Dünya

Stadionu söküləcək “Kəpəz”in harada oynayacağı məlum oldu

Sharing is caring!


“Kəpəz” bu mövsümün qalan hissəsində və növbəti mövsümdə ev oyunlarını Tovuzda keçirəcək.

Oxu.Az xəbər verir ki, Gəncə şəhər stadionunun sökülməsi və yenisinin tikilməsi səbəbindən komanda rəqiblərini doğma meydanda qəbul edə bilməyəcək.

Alternativ kimi bir neçə variant olsa da, yekunda daha yaxın olan Tovuz şəhər stadionunda oynamaq məqsədəuyğun hesab edilib. Komandanın Azərbaycan Premyer Liqasının növbəti – X turunda “Zirə”ni məhz orada qəbul etməsi planlaşdırılır.

Qeyd edək ki, Prezident İlham Əliyev Gəncə şəhər stadionunun yenidən qurulması ilə bağlı sərəncam imzalayıb. Arenanın yenidən qurulması işlərinin layihələndirilməsi və həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə ilkin olaraq bir milyon manat ayrılıb.

Yaxın zamanlarda stadionda söküntü işlərinə başlanacaq. Arenanın 2025-ci ildə istifadəyə verilməsi planlaşdırılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir