Dünya

İqor Nikolayev infarktdan sonra səhhətindən danışıb

Sharing is caring!


Rusiyalı müğənni və bəstəkar İqor Nikolayev infarktdan sonrakı durumundan danışıb və yeni çıxışının vaxtını açıqlayıb.

Məlumata görə, o, sosial şəbəkələrdə abunəçilərinə, dostlarına, həmkarlarına və tanımadığı insanlara dəstək sözlərinə görə təşəkkür edib.

Müğənni həmçinin ondan narahat olan ailəsinə, Çazov Milli Tibbi Araşdırma Mərkəzinin əməkdaşlarına və şəxsən cərrah Renat Akçurinə təşəkkür edib.

“Dostlar, sizin sayənizdə mən sağalıram”, – deyə Nikolayev vurğulayıb.

Bəstəkar onu da bildirib ki, oktyabrın 25-də Moskva Çaykovski Konservatoriyasının Raxmaninov zalında oxuyacaq. Onunla pianoçu Yekaterina Meçetina çıxış edəcək.

Xatırladaq ki, sentyabrın 15-də Nikolayev ürək ağrısı ilə xəstəxanaya yerləşdirilmiş, 20-də mürəkkəb ürək əməliyyatı keçirmişdi.

Mənbə: Rambler

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir