Dünya

İsrail ordusu HƏMAS hədəflərini məhv etdi – VİDEO

Sharing is caring!


İsrail ordusu Qəzza zolağında və sahil zonasında çoxsaylı hədəfə raket hücumları həyata keçirib.

İsrail Müdafiə Ordusu (SAXAL) bununla bağlı görüntülər yayıb.

Kadrların birində HƏMAS obyektlərinə hücumlar əks olunub.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail Qəzza zolağından irimiqyaslı raket hücumuna məruz qalıb. HƏMAS döyüşçüləri kütləvi raket hücumlarından sonra İsrailin cənubundakı sərhəd bölgələrinə soxulublar. Fələstin HƏMAS hərəkatının hərbi qanadı İsrailə qarşı “Əl-Əqsa tufanı” əməliyyatına başladığını elan edib. Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzza zolağında “Dəmir Qılınclar” əməliyyatına başlayıb.

İsrailin Baş naziri Benyamin Netanyahu xalqa müraciətində ölkənin müharibə vəziyyətində olduğunu deyib və ehtiyatda olan hərbçilərin geniş şəkildə səfərbər edilməsi barədə göstəriş verib. İsrail ordusu artıq Qəzza ilə sərhədə yaxın bütün yaşayış məntəqələrinə nəzarət edir. Hazırda Qəzza zolağında terrorçuların obyektlərinə aviazərbələr davam edir.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir