Dünya

ABŞ-də maşınını Çin konsulluğunun binasına çırpan sürücünü polis güllələyib – VİDEO

Sharing is caring!


San-Fransiskoda (ABŞ) avtomobilini Çin konsulluğunun binasına çırpan sürücünü polis güllələyib. Həmin şəxs xəstəxanada ölüb.

Bu barədə yerli hüquq-mühafizə orqanlarından məlumat yayılıb.

Bildirilir ki, qəza oktyabrın 9-da günorta saatlarında Giri bulvarı və Laquna küçəsi yaxınlığında baş verib. Avtomobil Çin konsulluğunun binasına çırpıldıqdan sonra hadisə yerinə gələn polis şübhəli şəxsə atəş açıb. Həkimlər zərərçəkənə yerindəcə tibbi yardım göstəriblər, sonra o, yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Bütün səylərə baxmayaraq onu xilas etmək mümkün olmayıb.

Çin Baş Konsulluğu sürücünün sənədlərin işləndiyi əraziyə çırpıldığını və bunun işçilərin, həmçinin ziyarətçilərin həyatı üçün ciddi təhlükə yaratdığını bildirib. Diplomatik nümayəndəlik hadisəni pisləyib və bunu vəhşi hücum adlandırıb.

Mənbə: The New York Times

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir