Dünya

İran İsrailə hücumda iştirakı ilə bağlı xəbərləri təkzib edir

Sharing is caring!


İran HƏMAS-ın İsrailə hücumunda iştirakını inkar edib və bildirib ki, Fələstin rəhbərliyi qərarları müstəqil qəbul edir.

Bu barədə İranın BMT-dəki daimi nümayəndəliyinin bəyanatından məlum olub.

Bildirilir ki, onlar fələstinlilərin hücumunu qanuni müdafiə hesab edirlər və qeyd-şərtsiz Fələstini dəstəkləyirlər.

“Bununla belə, biz fələstinlilərin yalnız Fələstinin özü tərəfindən atılan cavab fəaliyyətlərində iştirak etmirik”, – deyə İran nümayəndə heyətinin bəyanatında vurğulanıb.

Qeyd edək ki, bir gün əvvəl “The Wall Street Journal” HƏMAS və Livan “Hizbullah”ının yüksəkrütbəli nümayəndələrinə istinadən yazıb ki, İran kəşfiyyat xidmətləri İsrailə hücum təşkil etməkdə HƏMAS yaraqlılarına kömək edib. İddiaya görə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) zabitləri hücum planının hazırlanmasında iştirak ediblər.

Mənbə: Amwaj.media

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir