Dünya

Baku TV-nin İsraildəki xüsusi müxbiri: “Hazırda mən İsraildə öz evimin bomba sığınacağındayam”- VİDEO

Sharing is caring!


“Hazırda mən İsraildə, öz evimin bomba sığınacağındayam. Bu gün, 7 sentyabr, saat 06:30-da İsrail ərazisi Qəzza sektoru tərəfindən kütləvi raket atəşinə məruz qalıb”.

Bu sözləri Baku TV-nin İsraildəki xüsusi müxbiri Leyli Məhərrəm deyib.

Jurnalist qeyd edib ki, Qəzzada məskunlaşmış Fələstinin HƏMAS təşkilatı İsrailə qarşı “Əqsa tufanı” əməliyyatına start verib.

“HƏMAS nümayəndəsi təsdiq edib ki, son bir neçə saat ərzində İsrail ərazisinə 5 mindən çox raket atılıb. Raket hücumları nəticəsində beş nəfər israillinin öldüyü, 100-dən çox insanın xəsarət aldığı bildirilir” – deyə Leyli Məhərrəm qeyd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir