Dünya

Hakan Fidan Antoni Blinkenlə danışdı

Sharing is caring!


Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığı aparıb.

Bu barədə türkiyə Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.

Məlumata görə, söhbət zamanı nazir Fidan ABŞ-nin Suriyadakı terror təşkilatı YPG ilə əməkdaşlığı dayandırması lazım olduğunu sərt ifadələrlə həmsöhbəti Blinkenin diqqətinə çatdırıb. Fidan Türkiyənin İraq və Suriyada terrorla mübarizə əməliyyatlarının qətiyyətlə davam edəcəyini qeyd edib.

Danışıqlarda Türkiyənin bölgədə davam edən əməliyyatları çərçivəsində İraq və Suriyadakı Amerika qüvvələri ilə mövcud gərginliyin azaldılması mexanizmi də gündəmə gətirilib və bu mexanizmin effektiv işləməsi ilə bağlı razılıq əldə olunub. Həmçinin, söhbət zamanı NATO-nun genişlənməsi məsələsi də müzakirə olunub.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir