Dünya

İranda məcburi hicabın daha bir qurbanı: Yeni etirazlar başlayacaqmı? – VİDEO

Sharing is caring!


İranda ötən ilin sentyabrında əxlaq polisinin zorakılığı nəticəsində dünyasını dəyişən Məhsa Əmininin vəfatından bir il sonra oxşar hadisənin təkrarlandığına dair məlumatlar yayılıb.

Bu barədə “Azad İran” “YouTube” kanalında yayımlanan süjetdə qeyd olunur.

Belə ki, bu dəfə ictimai yerlərdə hicaba riayət olunmasına nəzarət edən hökumət məmurlarının özbaşınalığının qurbanı 16 yaşlı qız Armita Gəravənd olub. 

Məlumata görə, o, ötən bazar günü səhər öz rəfiqələri ilə hicabsız halda Tehran metrosunun “Şühəda” stansiyasında qatara minərkən, “hicabban” adlanan hicaba nəzarət orqanının əməkdaşı ilə mübahisə edib və onun zorakılığı nəticəsində yerə yıxılaraq başından ağır zədə alıb və huşunu itirib, daha sonra xəstəxanaya aparılan qızın komaya düşdüyü barədə məlumat verilib.

Hadisə oktyabrın 1-də baş versə də, hökumətin məsələni ört-basır etmək səylərinin nəticəsində bununla bağlı xəbər yalnız iki gün sonra ictimailəşib.

Belə ki, hadisəni araşdırmaq üçün xəstəxanaya gedən, həmçinin Armitanın anasından müsahibə almaq istəyən nüfuzlu “Şərq” qəzetinin müxbiri Məryəm Lütfi təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb  və ona öz işini görmək imkanı verilməyib.

Qəzetin bu barədə yaydığı qısa informasiyada jurnalistin hansı qurum tərəfindən saxlandığının bilinmədiyi vurğulanıb.

Daha ətraflı videosüjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir