Dünya

Avropa Liqası: “Liverpul” ardıcıl ikinci qələbəsini qazanıb – VİDEO

Sharing is caring!


Avropa Liqasının 2-ci turunda İngiltərənin “Liverpul”u Belçikanın “Yunion Sent-Jillua”sını qəbul edib.

Oxu.Az xəbər verir ki, matç Liverpul şəhərinin “Enfild” stadionunda baş tutub.

Danimarkalı hakimlər briqadasının idarə etdiyi matçda “qırmızılar” inamlı qələbə qazanıb.

Oyunda birinci qol ilk hissənin sonuna təsadüf edib: 44-cü dəqiqədə Mersisayd təmsilçisinin niderlandlı yarımmüdafiəçisi Rayan Qravenberx komandasını hesabda irəli çıxarıb. Bu, 21 yaşlı futbolçunun yeni klubunda ilk qolu olub. Məhsuldar ötürmənin sahibi isə cinah müdafiəçisi Trent Aleksander-Arnold olub. İngiltərəli futbolçu həmçinin komandasının matçdakı kapitanı olub.

Ev sahiblərinin üstünlüyü ilə keçən oyunda növbəti qol ikinci hissəyə əlavə edilmiş 2-ci dəqiqədə vurulub: portuqaliyalı Dioqo Jota yekun hesabı müəyyənləşdirib – 2:0.

Qeyd edək ki, Avropa Liqasının ilk 2 turunda “Liverpul” mümkün 6 xaldan hamısını qazanıb. “Qırmızılar” “E” qrupunda liderdirlər. “Yunion”un aktivində isə cəmi bir xal var. Belçikalılar üçüncü pillədədirlər.

Xatırladaq ki, “Liverpul”un yerli liqadakı son matçı qalmaqala səbəb olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir