Dünya

Keniyada 95 məktəbli qız eyni vaxtda insult keçirdi: Təhsil müəssisəsi bağlandı – FOTO

Sharing is caring!


Keniyanın qərbində, paytaxt Nayrobidən 374 kilometr şimal-qərbdə yerləşən orta məktəbdə 95 məktəbli qız özünü pis hiss edib.

Şagirdlər naməlum xəstəlik səbəbindən xəstəxanaya yerləşdiriliblər.

Bu barədə regional təhsil nümayəndəsi Bonfeys Okoz məlumat verib.

Onun sözlərinə görə, şagirdlərin ayaqları iflic olub, əksəriyyəti yeriyə bilməyəcək vəziyyətə düşüb.

Hadisədən sonra məktəb rəhbərləri və Təhsil Nazirliyinin rəsmiləri arasında keçirilən görüşdən sonra məktəb qeyri-müəyyən müddətə bağlanıb.

Məktəb rəsmiləri bildiriblər ki, xəstəliyin nədən qaynaqlandığı araşdırıldıqdan və lazımi tədbirlər görüldükdən sonra şagirdlər dərslərinə davam edə biləcəklər.

Xəstəliyin müəyyən edilməsi üçün məktəblilərdən qan nümunələri götürülüb və Keniya Tibbi Araşdırma İnstitutunun (KEMRI) laboratoriyalarına göndərilib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir