Dünya

İtaliyada payız mövsümündə qeyri-adi isti havalar müşahidə edilir

Sharing is caring!


İtaliyada oktyabr ayında havanın temperaturu 30 dərəcəyə qədər yüksəlib ki, bu, Apennin yarımadası üçün qeyri-adi isti hava hesab olunur.

Bu barədə yerli meteoroloqlar məlumat verib. 

Mütəxəssislərin proqnozuna əsasən, bu həftə ərzində Roma və Florensiyada, eləcə də ölkənin şimalındakı bəzi ərazilərdə havanın istiliyi 33 dərəcəyə qədər yüksələcək.

İtaliyanın “Coldiretti” kənd təsərrüfatı istehsalçıları assosiasiyasının hesablamalarına görə, 2023-cü il İtaliyada 1800-cü ildən bəri qeydə alınan ən isti il hesab olunur. 

Mənbə: La Repubblica

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir