Dünya

Braziliyada son bir həftədə yüzdən çox ölü delfin tapılıb

Sharing is caring!


Braziliyanın Tefe gölündə son 7 gündə yüzdən çox ölü delfin tapılıb.

Braziliya Elm və Texnologiya Nazirliyi tərəfindən yaradılan Mamiraua İnstitutu vurğulayıb ki, delfinlərin ölümünə səbəb quraqlıq və Amazonda rekord yüksək su temperaturu ola bilər.

Hazırda ekspertlər və fəallar delfinləri temperaturun aşağı olduğu Amazonun əsas axınına apararaq onları xilas etməyə çalışırlar, lakin bu yerlərin çətin relyefi işləri çətinləşdirir.

Qeyd edək ki, Amazon çayında son 20 ilin ən pis quraqlığı müşahidə edilib. Quraqlıq səbəbindən Amazonun beş böyük qolunda suyun səviyyəsi hər gün 20 sm azalır. Bu, keçən illə müqayisədə iki dəfə sürətli, lakin əvvəlki 2005 və 2010-cu illə müqayisədə daha yavaşdır.

Mənbə: CNN

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir