Dünya

Kolumbun Amerikanın kəşfi barədə məktubu satışa çıxarılacaq – FOTO

Sharing is caring!


1493-cü ildə Xristofor Kolumb İspaniyadakı kral xəzinədarı Luis de Santangele məktub yazıb. Avropaya qayıtdıqdan sonra yazılan məktubda deyilir:

“Möhtərəm kral və kraliça tərəfindən mənə verilən donanma ilə Hindistana getdim, orada saysız-hesabsız insanların yaşadığı çoxlu adalar kəşf etdim”.

Kolumbun bioqrafı professor Felipe Fernandez-Armesto bu məktubu “həqiqətən dünyanı dəyişdirən” səyahətin ilk hesabatı kimi qiymətləndirir.

Qədim mətbəədə çap olunmuş bu məktubun 1493-cü ilə aid nadir latın dilindən tərcüməsi oktyabrda “Christie’s”də hərraca çıxarılacaq.

Onun ən azı 1,5 milyon dollara satılacağı gözlənilir.

Mənbə: octagon.media

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir