Dünya

İraqda toy mərasimi zamanı daha bir qorxunc hadisə: Yüzlərlə insan xəstəxanalıq oldu

Sharing is caring!


İraqda bir gün əvvəl 100-dən çox insanın həlak olduğu toy faciəsindən sonra daha bir qorxunc hadisə yaşanıb. Bu dəfə hadisə Kərkük vilayətində baş verib – toyda kütləvi zəhərlənmə olub. Hadisə nəticəsində 262 nəfər intoksikasiya simptomları ilə xəstəxanaya yerləşdirilib.

Bu barədə yerli polis idarəsi məlumat yayıb.

İlkin məlumatlara görə, kütləvi zəhərlənməyə səbəb korlanmış qida ola bilər.

Bildirilir ki, zəhərlənmə faktı ilə əlaqədar üç nəfər saxlanılıb.

Təhlükəsizlik qüvvələri hadisəni araşdırmaq üçün xüsusi komissiya yaradıblar. 

Xatırladaq ki, bir gün əvvəl Həmdaniya şəhərində 1000 nəfər qonağın olduğu toy vaxtı mərasim zalında yanğın baş verib. Son məlumatlara görə, azı 120 nəfər həlak olub, bəy və gəlin daxil olmaqla 200-dən çox (bəzi mənbələrdə 300) insan xəsarət alıb. Həkimlər hesab edirlər ki, zərərçəkənlərin çoxunun vəziyyəti ağır olduğundan yaxın gələcəkdə qurbanların sayı arta bilər. Faciə ilə əlaqədar İraqda üçgünlük, Nineva əyalətində isə birhəftəlik matəm elan olunub.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir