Dünya

İki ildən sonra Saakaşviliyə baş çəkən Gürcüstanın keçmiş birinci xanımı: “Biz artıq ayrılmışıq” – FOTO

Sharing is caring!


Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin keçmiş həyat yoldaşı Sandra Rulofs iki ildən sonra ona baş çəkib.

Bu barədə Rulofs özünün sosial şəbəkə hesabında bildirib.

O, qeyd edib ki, psixoloji cəhətdən özündə güc hiss etdikdən sonra bu addımı atıb.

“Həbsdə olan Mişanın yanına getməyə psixoloji cəhətdən hazır və özümə inamlı olmağım tam iki il çəkdi. Uzun görüşümüz və səmimi söhbətimizdən sonra deyə bilərəm ki, biz artıq bir yerdə deyilik. Ona azadlıq, cansağlığı və xoşbəxtlik arzulayıram”, – deyə Rulofs paylaşımında bildirib.

Qeyd edək ki, Saakaşvili səhhətindəki problemlərlə əlaqədar hazırda Tbilisidəki “Vivamed” özəl klinikasında saxlanılır.

Xatırladaq ki, M.Saakaşvili 2021-ci il oktyabrın 1-də Tiflisdə saxlanılıb. Bu hadisədən sonra Ukrayna Ali Radasının “Xalqın xidmətçisi” Partiyasından olan deputatı Yelizaveta Yasko sosial şəbəkələrdə Mixail Saakaşvilinin videomüraciətini paylaşıb. Bu müraciət hər kəsi şoka salıb. Çünki Gürcüstanın üçüncü prezidentinin Rulofsdan boşandığı və Yasko ilə evləndiyi məlum olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir