Dünya

Rövşən Əsgərovu Rusiyada yenidən cərimələdilər

Sharing is caring!


Moskvanın Savyolovo Rayon Məhkəməsi “Nə? Harada? Nə vaxt?” televiziya şousunun keçmiş oyunçusu Rövşən Əsgərovu paylaşımlarında “xarici agent” qeydini etmədiyinə görə yenidən 40 min rubl (705 manat – red.) cərimələyib.

Avqust ayında məhkəmə onu Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 19.34-cü maddəsi (xarici agentin fəaliyyəti qaydasının pozulması) ilə sosial şəbəkələrdə “xarici agent” qeydi etmədən yazılara görə eyni məbləğdə artıq cərimələyib.

Əsgərov 2022-ci ilin dekabrında “xarici agent” kimi tanınıb. Onunla bağlı, həmçinin nasizmin reabilitasiyası da araşdırılır. İstintaq müəyyən edib ki, Əsgərov aprelin 6-dan gec olmayaraq özünün “Facebook” səhifəsində marşal Georgi Jukovu təhqir edən və gözdən salan qəsdən yalan məlumatlar dərc edib.

Qeyd edək ki, Əsgərov federal axtarışdadır.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir