Dünya

Sinan Oğan: “Azərbaycanın daxili işlərinə kiminsə qarışmasını istəmirik”

Sharing is caring!


“Azərbaycan bayrağı bütün torpaqlar üzərində dalğalanacaq”

Bu sözləri Oxu.Az-a açıqlamasında Bakıda keçirilən “Türkiyə və Azərbaycan tarixi” adlı tədbirdə iştirak edən Azərbaycanəsilli türkiyəli siyasətçi, Türkiyə prezidentliyinə keçmiş namizəd Sinan Oğan deyib.

Siyasətçi baş verən son antiterror tədbirlərinə münasibət bildirib:

“Azərbaycan ordusunun nə qədər güclü olduğunu sadəcə dostlarımız deyil, düşmənlərimiz də gördü. 23 saat 43 dəqiqə müddətində Azərbaycan bütün əməliyyatları bitirdi. Nə ATƏT-in Minsk qrupuna, nə də başqa vasitəçilərə gərək qalmadı. Əsas vasitəçi Azərbaycan dövləti, onun başçısı və ordusu oldu. Hər təhdidə qarşı Azərbaycan və Türkiyə birliyi lazımlı cavabı verməyə hazırdır. Bütün torpaqlar üzərində Azərbaycan bayrağı dalğalanacaq”.

S.Oğan qeyd edib ki, Azərbaycanın daxili məsələsinə heç kəs qarışa bilməz:

“Bundan sonrakı proses Azərbaycanın daxili məsələsidir. Erməniəsilli vətəndaşlarla münasibətləri Azərbaycan özü tənzimləyəcək. Heç kəs qarışa bilməz. Fransa başda olmaqla kimlərsə qarışmaq istəyir. Bütün Türkiyənin adından açıq şəkildə bildirirəm ki, Azərbaycanın daxili işlərinə kiminsə qarışmasını istəmirik”.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir